Zəmanət şərtləri

Ən yaxşı xidməti göstərmək və müştərilərimizi sevindirmək üçün demək olar ki, hər gün çalışırıq

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində göstərilir ki, istehlakçının aldığı gün nəzərə alınmadan 14 gün müddətində qeyri-adekvat keyfiyyətə malik qeyri-ərzaq məhsulunu satın aldığı yerdə oxşar əmtəə ilə dəyişmək hüququ vardır.  Keyfiyyətli əmtəənin dəyişdirilməsi o halda həyata keçirilir ki, o, istifadə edilməmiş və onun təqdimatı, istehlak xassələri, möhürləri, etiketləri, habelə satılan malla birlikdə istehlakçıya verilmiş satış və ya kassa qəbzi və ya digər sənədləri qorunub saxlanılmışdır.
Qida məhsulları və kosmetika istehsalı ilə məşğul olan AZSAFFRON şirkətinin məhsullarına münasibətdə sözügedən qanunun 6-cı maddəsini rəhbər tutmaq lazımdır. Həmin maddədə deyilir: “Yeyinti məhsulları, dərman vasitələri, ətriyyat və kosmetika, kimya məhsulları və digər mallar üçün (işlər, xidmətlər), sürətlə xarab ola bilən və həyat, sağlamlıq, əmlak və ətraf mühit üçün təhlükə yarada bilən istehlak xassələri, qablaşdırmada və ya onlara əlavə edilmiş müvafiq sənədlərdə göstərilən yararlılıq müddəti müəyyən edilməlidir. Yararlılıq müddəti bitmiş malların satışı qadağandır.
Şirkətimiz müştərilərə istehsal tarixi və son istifadə tarixi göstərilməklə yüksək keyfiyyətli premium məhsulların təqdim edilməsinə zəmanət verir. Qlobal standartlara görə, qida və kosmetika məhsulları geri qaytarılmır. Buna görə alıcılar məhsulun xüsusiyyətlərini, istifadə üçün göstərişləri və əks göstərişləri diqqətlə oxumalıdırlar.