İstifadə qaydaları

XAHİŞ EDİRİK BU SAYTDAN İSTİFADƏ ŞƏRTLƏRİNİ DİQQƏTLƏ NƏZƏRDƏN KEÇİRƏSİNİZ

  1.  

Sizin saytdan istifadə etməyiniz həmin şərtləri qəbul etdiyiniz mənasına gəlir. Biz vaxtaşırı olaraq şərtləri dəyişə bilərik. Anlaşılmazlıqlar yaranmasın deyə  həmin şərtləri vaxtaşırı olaraq nəzərdən keçirməyinizi xahiş edirik.

Hər hansı sualınız və ya şərhiniz olarsa və ya sizə aydın olmayan hər hansı şərtin olduğu təqdirdə, suallarınızı bizə info@azsaffron.com elekton poçt ünvanından göndərə bilərsiniz.

 

BU SAYTDA AZSAFFRON ŞİRKƏTİ İLƏ BAĞLI DƏQİQ VƏ VAXTINDA MƏLUMAT TƏQDİM ETMƏK ÜÇÜN SƏY GÖSTƏRMƏYİMİZƏ BAXMAYARAQ, SİZ TƏQDİM EDİLƏN MƏLUMATIN HƏR ZAMAN YENİ OLMASINI VƏ YA BU SAYTIN AZSAFFRON HAQQINDA MÖVCUD OLAN BÜTÜN LAZIMİ MƏLUMATLARI ƏKS ETDİRDİYİNİ FƏRZ ETMƏMƏLİSİNİZ.

 

MÜƏLLİFLİK HÜQUQU VƏ ƏMTƏƏ NİŞANI.

Əksi bəyan edilmədikcə, bu saytdakı bütün materiallar müəlliflik hüququ, ticarət qablaşdırması, əmtəə nişanı və/və ya AZSAFFRON və/və ya onun törəmə və ortaq şirkətləri və ya öz məhsullarına dair lisenziyalarını AZSAFFRON-a vermiş tərəflərin malik olduğu digər əqli mülkiyyət hüquqları kimi qorunur.

Burada açıq-aydın şəkildə verilməmiş bütün hüquqlar AZSAFFRON-da saxlanılır.

 

ŞƏXSİ İSTİFADƏ.

Bu saytdakı materiallardan istifadə yalnız informasiya məqsədi daşıyır. Siz razılaşırsınız ki, bu saytın məzmununu heç bir şəkildə yaymayacaq, dərc etməyəcək, başqalarına ötürməyəcək, göstərməyəcək və ya saytın məzmunundan törəmə əsərlər yaratmayacaq və ya saytın məzmununu istismar etməyəcəksiniz. Siz bu sayta keçid verə və ya bu saytın hər hansı bir hissəsinin oxşarını yarada bilməzsiniz. Öncədən alınmış yazılı razılıq olmadan, başqa məqsədlə istifadəyə, çoxaltmaya və ya paylanmaya yol verilmir. Bu hüquqların hər hansı şəkildə pozulması müvafiq hüquqi nəticələr doğuracaqdır. Siz razılaşırsınız ki, saytdakı hər hansı materialdan qanunsuz istifadələr nəticəsində AZSAFFRON tərəfindən çəkilmiş və ya çəkiləcək bütün xərc və məsrəfləri ödəyəcəksiniz. Siz təsdiq edirsiniz ki, saytın məzmunundan icazəsiz istifadə AZSAFFRON-a bərpası mümkün olmayan zərər vura bilər və icazəsiz istifadə hallarında AZSAFFRON ədalətin bərpası üçün hüquqi müdafiə vasitələrindən istifadə hüququna malik olacaqdır.

 

ƏKS ƏLAQƏ VƏ TƏQDİMATLAR.

Siz razılaşırsınız ki, təqdimatlarınızın məzmununa görə tək cavabdeh sizsiniz və tək cavabdeh olaraq qalacaqsınız və sayta qanunazidd, böhtan xarakterli, təhqiramiz və ya nalayiq materiallar təqdim etməyəcəksiniz. Siz, həmçinin razılaşırsınız ki, sayta istənilən üçüncü şəxsin müəlliflik hüququ, əmtəə nişanı, məxfilik və digər şəxsi və ya mülkiyyət hüquqları da daxil olmaqla, hüquqlarını pozacaq hər hansı bir şey təqdim etməyəcəksiniz.

 

KEÇİDLƏR.

Saytdakı bəzi keçidlər sizə bizim nəzarətimizdə olmayan saytlara daxil olmağa imkan verəcək. AZSAFFRON bu keçidləri yalnız istifadəçilərin rahatlığı üçün təqdim edir. Hər hansı bir linkin görünməsi AZSAFFRON-un keçid verilən saytın məzmununa görə cavabdeh olması anlamına gəlmir. Həmin saytlara daxil olmaqla bağlı risklər sizin üzərinizə düşür.

 

MƏXFİLİK VƏ TƏHLÜKƏSİZLİK.

AZSAFFRON-u internet vasitəsilə ziyarət edənlərin məlumatlarının toplanması, istifadəsi və saxlanması ilə bağlı AZSAFFRON-un təcrübə və siyasəti ilə tanış olmaq üçün bizim Məxfilik Siyasətini oxuyun.

 

MƏSULİYYƏTDƏN AZADOLMA.

AZSAFFRON veb-saytların məzmunundakı hər hansı xətaya və ya gecikmələrə və ya bununla bağlı həyata keçirilən hər hansı fəaliyyət üçün sizin və ya üçüncü şəxslərin qarşısında məsuliyyət daşımır. AZSAFFRON tətbiq edilən hüquq çərçivəsində icazə verilən həddə, bu veb-saytların məzmunundan və ya sizin bu veb-keçidlər vasitəsilə internetdə hər hansı materialdan istifadə etməyiniz nəticəsində baş verən birbaşa, dolayı və ya əlaqəli zərərlərə görə məsuliyyət daşımır. AZSAFFRON nə qəsdən yalan məlumat təqdim etməyə, nə də onların birbaşa səhlənkarlığı üzündən ölüm və ya şəxsi zədə hallarına görə məsuliyyətini məhdudlaşdırmaq niyyətində deyil. AZSAFFRON bu saytın inkişafı üçün lazımi bacarıq və qayğı göstərir, lakin daimi dəqiqliyinə, mövcudluğuna, etibarlılığına və fasiləsiz işləməsinə, bu saytın və ya onun serverinin viruslardan və ya zərərverici komponentlərdən azad olacağına, həmçinin çatışmazlıqların aradan qaldırılacağına dair təminat vermir.

 

YETKİNLİK YAŞINA ÇATMAYANLAR.

AZSAFFRON valideynlərdən internetdə olan zaman uşaqlarına nəzarət etmələrini xahiş edir.

 

TƏTBİQ EDİLƏN HÜQUQ.

Bu şərt və müddəalara Azərbaycan Respublikası hüququ tətbiq edilir və bu şərt və müddəalar Azərbaycan Respublikası qanunvericiliyinə əsasən təfsir ediləcəkdir. Bu şərt və müddəalardan irəli gələn hər hansı mübahisəyə Azərbaycan Respublikası məhkəmələrində baxılacaqdır.