Zəfəran 6 qr
Çatdırılma sifarişdən sonra iki iş günü ərzində təmin olunur
Barcod | 4760164010036 |
Stokda | Var |
Açıqlama |
Azərbaycan Zəfəranı öz təsir gücünə görə dərman bitkiləri içərisində liderdir. Ən qədim zamanlardan bəri bir sıra xəstəliklərin müalicəsində, həmçinin ümumi və immunitet gücləndirici, əhval - ruhiyyə yaxşılaşdırıcı vasitə kimi də istifadə olunmaqdadır. Qədim zamanlarda zəfəran göz xəstəlikləri zamanı geniş istifadə olunurdu. Müasir dövrdə də bu bitki bəzi göz damcılarının tərkibinə daxil edilir. Zəfəran ürək ağrılarına, xərçəng xəstəliklərinə, böyrək və qara ciyərin iltihabına, qıcolmaya, mədə bağırsaq xəstəliklərinə müsbət təsir göstərməklə yanaşı , güclü bakterisid xüsusiyyətlərə malikdir. Zəfəran bədənin müqavimətini artırır, qoxusu sakitləşdirici təsir göstərir, sinir zəifliyini aradan qaldırır, damaqlardakı ağrıları azaldır, dişləri qüvvətləndirir. Soyuqdəymədə yaxşı təsir göstərir, öskürəyi kəsir, hərarəti aşağı salır. Spazmolitik xüsusiyyətlərinə malik olan zəfəran baş ağrıları, menstruasiya zamanı ağrıları azaldır. Zəfəran eyni zamanda herpes virusuna qarşı da müsbət təsir göstərir. |